Ermənistanda koronavirusdan ölüm sayı 1200-ə çatır

  26 Oktyabr 2020    Oxunub : 1182
Ermənistanda koronavirusdan ölüm sayı 1200-ə çatır
Ermənistanda son sutka ərzində 972 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 78 810 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə daha 16 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 1196-ya yüksəlib. Hazırda 26 113 aktiv koronavirus xəstəsi var.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: COVID-19   Ermənistan