Ermənistanda ciddi iqtisadi tənəzzül yaşanır
"Ermənistanın hərbi-siyası rejiminə yaxın şirkətlər, o cümlədən supermaketlər işğalçı orduya yardım etdiklərini bəyan etsələr də, qiymət artımı ilə o “yardımı” adi ermənilərin büdcəsindən artıqlaması ilə çıxarmağa çalışırlar. Artıq işğalçı ölkədə ciddi iqtisadi tənəzzül müşahidə olunur.
Beynəlxalq qiymətləndirici şirkətlər, o cümlədən "Fitch" agentliyi tərəfindən Ermənistanın krediti reytinqi aşağı salındıqdan sonra düşmən ölkədə ciddi böhran müşahidə edilir. Regionun ən böyük xarici borc asıllığı olan işğalçı ölkə uzunmüddəti savaşa hazır olmadığı kimi, post-savaş dövründə ciddi iqtisadi və sosial çətinliklər ilə üz-üzə qalacaq. Bu isə nə Paşinyan rejimi, nə də işğalçı ölkə üçün yaxşı nə isə vəd etmir", - deyə iqtisadçı deputat vurğulayıb.
Azvision.az
Teqlər: Ermənistan