Ərdoğan mühafizəçilərini işdən qovdu

Ərdoğan mühafizəçilərini işdən qovdu
  04 Fevral 2014    Oxunub:992
17 dekabr rüşvət və korrupsiya əməliyyatından sonra vəzifəli şəxslərin və polislərin iş yerlərinin dəyişdirilməsi prosesi davam edir. Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğanın yaxın mühafizəçiləri işdən çıxarılıb.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, bu dəfə işdən çıxarılanlar arasında Baş Nazirliyin mühafizə işçiləri də var.

Belə ki, 23 polisin iş yeri dəyişdirilib. Eləcə də baş nazir R.T.Ərdoğanın yaxın mühafizəçiləri də işdən çıxarılıb və başqa yerə təyin ediliblər.

AzVision.az


Teqlər:





Xəbər lenti