Fransa Türkiyədəki səfirini geri çağırdı

Fransa Türkiyədəki səfirini geri çağırdı
  25 Oktyabr 2020    Oxunub:2275
Fransa Ankaradakı səfirini geri çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fransalı həmkarı Emmanuel Makron haqqında səsləndirdiyi tənqidi fikirlərə görə diplomat geri çağırılıb.

Bundan əlavə, Türkiyənin Parisdəki səfiri İsmayıl Haqqı Musa Fransa XİN-ə dəvət olunub.

Qeyd edək ki, Ərdoğan Makronun psixoloji müalicəyə ehtiyacı olduğunu bildirmişdi.

Azvision.az


Teqlər: Fransa   Paris  





Xəbər lenti