Rusiya səfirliyi Arturun ölümü ilə bağlı məlumat yaydı

Rusiya səfirliyi Arturun ölümü ilə bağlı məlumat yaydı
  24 Oktyabr 2020    Oxunub:4350
Bu gün Gəncə şəhərindəki xəstəxanada 17 oktyabrda edilmiş raket hücumu nəticəsində yaralanan Rusiya vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilieviç vəfat edib. Səfirlik onun yaxınlarına dərin hüznlə başsağlığı verir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin "Tvitter" səhifəsində paylaşım edilib.

“Səfirlik Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri və mərhumun yaxınları ilə daimi əlaqədədir. A.V.Mayakov oktyabrın 24-də Azərbaycanın Gəncə şəhərində dəfn edilib. Mərasimdə Gəncənin rus icması başçısının müavini İ.V. Kalaşnikova və Gəncədəki Aleksandr Nevski kilsəsinin keşişi Ata Bartolomey iştirak ediblər. Bu kədərli hadisə ilə əlaqədar olaraq səfirlik mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir".

Xatırladaq ki, Artur oktyabrın 17-də Ermənistan tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almışdı. Bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Artur Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Səfirlik   Gəncə  





Xəbər lenti