İsraildən Türkiyə ilə bağlı şok iddia - FOTO

İsraildən Türkiyə ilə bağlı şok iddia - FOTO
  04 Fevral 2014    Oxunub:1101
İsrail ordusunun hərbi kəşfiyyat idarəsinin rəisi, ordu generalı Aviv Koçavi Türkiyəyə qarşı şok ittiham səsləndirib. Tel-Əvivdə təşkil olunan təhlükəsizlik konfransında o Türkiyədə üç Əl –Kaida bazasının yerləşdiyini iddia edib. O, xəritədə bazaların yerləşdiyi nöqtələri də qeyd edib.

Ordu generalının sözlərinə görə, terroristlər orada daimi qalmayaraq bazadan Suriya ərazisinə döyüşməyə keçirlər. Koçavinin bildirdiyinə görə, xəritədə dairəyə alınmış qırmızı ləkələr Əl-Kaidanın hərbi bazalarıdır. Bununla əlaqədar araşdırma aparan Reuters agentliyi həmin bazaların Türkiyənin Karaman, Osmaniyə və Şanlıurfada yerləşdiyini yazıb.

İsrailli kəşfiyyatçı həmin bazalarda eyni anda 100-qədər terroristin təlim gördüyünü iddia edib.

Türk diplomatlar isə bütün təhdidlərin əslində Türkiyəyə qarşı olduğunu irəli sürüb.

Türkiyə Xarici İşlər Nazirliyi söylənən iddialara açıqlama verib. Nazirliyin sözçüsü Tanju Bilgiçin söylədiyinə görə, Türkiyədə Əl-Kaidanın hər hansı bir hərbi bazası yoxdur.

Nazirlik rəsminin bildirdiyinə görə, Suriyada yaşanan böhran bəzi radikal qruplaşmaları yenidən fəallaşdırıb. Bütün bunlar Türkiyənin özü üçün də təhdiddir.

Emin


Teqlər:  





Xəbər lenti