Erməni hərbçi: “Qarabağ Azərbaycanın torpağıdır” - VİDEO

  23 Oktyabr 2020    Oxunub : 16543
  Erməni hərbçi:  “Qarabağ Azərbaycanın torpağıdır” -  VİDEO
Qarabağın Ermənistanın yox, Azərbaycanın torpağı olduğunu bildiyim üçün döyüşə getmək istəmirdim.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Ordusuna təslim olan erməni hərbçi Valera Ayrapetyan deyib.

Erməni hərbçi bildirib: Mən Xankəndindənəm, 1997-ci ildə orada doğulmuşam. Hərbi xidmətdən sonra ölkədəki vəziyyəti görərək, insanların necə aldadıldığını başa düşüb, öz ailəmlə Rusiyaya getməyə qərar verdim. Mən orada işləyirdim. 1 sentyabrda işlə bağlı Xankəndinə gəldim, bir qədər sonra hərbi əməliyatlar başladı.

Qarabağın Ermənistan yox, Azərbaycanın torpağı olduğunu bildiyim üçün döyüşə getmək istəmirdim.Sentyabrın 27-də evə çağırış gəldi ki, hərbi komissarlığa getməliyəm. Ancaq imtina etdim və növbəti gün yanıma gəldilər. Mənə dedilər ki, imtina etsəm, həbsə atacaqlar.



Məni ön xəttə - Hadruta apardılar. Sonra dedilər ki, geri çəkilmək lazımdır. Orada təxminən 400 nəfər var idi, sonra müxtəlif istiqamətlərə göndərildik. Biz Füzuliyə doğru getdik. Orada atəş altına düşdük. Mən dərhal qaçdım. Başa düşdüm ki, bura döyüşməyə gəlməmişəm, güllədən qaçmalıyam. Mənə 7 nəfər qoşuldu. Biz 8 nəfər dağlardan keçməyə başladıq. Hara gedəcəyimizi bilmirdik. Növbəti gün səhər azərbaycanlı hərbçilərin səslərini eşitdim. Onlara döyüşmək istəmədiyimizi, buranın bizim ərazi olmadığını dedik. Sadəcə təslim olub yaşamaq istədiyimizi dedik. Onlar bizi götürdülər. İndi hesab edirəm ki, hər şey yaxşılığa doğru gedir.

Erməni xalqına müraciət edirəm. Qardaşlar və bacılar, bizə aid olmayan şeyə görə döyüşmək lazım deyil. Oğullarınızı, ərlərinizi boşuna ölməyə göndərməyin”.

Bundan əlavə, erməni hərbçi qeyd edib ki, Qarabağda yaşamaq istəyən Azərbaycanın tərkibində yaşaya bilər. Necə ki, əvvələr belə olub, biz qonşuluq şəraitində yaşamışıq. Mənə burada çox yaxşı münasibət göstərirlər.

Azvision.az

Teqlər: Erməni   Hərbçi   Qarabağ