“Rusiya aktiv vasitəçilik səylərini davam etdirir” - Zaxarova
O, nizamlanma məsələsinin 20 və 21 oktyabrda Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun erməni və azərbaycanlı həmkarları ilə ayrı-ayrı görüşləri zamanı müzakirə olunduğunu xatırladıb.
“Əvvəlki kimi, ATƏT-in Minsk Qrupunun həmsədrliyi formatında işləyirik. Vasitəçilərin növbəti görüşünün sabah Vaşinqtonda keçirilməsi planlaşdırılır”, - deyə Zaxarova vurğulayıb.
Pərvanə Sultanova
Azvision.az