Türkiyədə gündəlik yoluxma sayı 2 mini keçdi

  21 Oktyabr 2020    Oxunub : 1382
Türkiyədə gündəlik yoluxma sayı 2 mini keçdi
Türkiyədə son sutka ərzində 68 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, daha 2013 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 9513 , virusa yoluxanlar isə 353 426 nəfərə çatıb.

Türkiyədə indiyədək 308 446 pasiyent (son sutkada 1507 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az

Teqlər: Türkiyə   Koronavirus