Naxçıvanda pensiya ödəmələrinə 14,7 milyon xərclənib
Pensiya hüququ yaranan 78 vətəndaşa əmək pensiyası təyin edilib ki, bunlardan 39-u yaşa görə, 4-ü əlilliyə görə, 35-i isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxan vətəndaşlar olub.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə fondun xəzinə hesabına 8 milyon 340 min 700 manat vəsait daxil olub ki, bu vəsait nəzərdə tutulan məbləğdən 16,5 faiz çoxdur.
Azvision.az