Lavrov Bayramov və Mnatsakanyanla görüşdü

 Lavrov Bayramov və Mnatsakanyanla görüşdü
  21 Oktyabr 2020    Oxunub:3606
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskvada Azərbaycan və Ermənistandan olan həmkarları Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanla ayrılıqda görüş keçirib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Qeyd edilib ki, Rusiya Prezidenti Vladimir Putinin Ermənistan və Azərbaycan liderləri ilə son telefon danışıqlarının davamı olaraq Lavrovun Zöhrab Mnatsakanyan və Ceyhun Bayramovla Moskvada ayrı-ayrı görüşləri baş tutub.

Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə dair əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi və bunun üçün şərait yaradılması ilə bağlı təcili məsələlər müzakirə edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   XİN  





Xəbər lenti