Nazirlk bu ilin 9 ayında 485 min e-arayış verib

Nazirlk bu ilin 9 ayında 485 min e-arayış verib
  19 Oktyabr 2020    Oxunub:2027
2020-ci ilin yanvar-sentyabr aylarında vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 485 min e-arayış verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bu arayışlar iş yeri, əlillik, müavinət, pensiya, təqaüd, sosial yardımla təmin edilmə, fərdi uçot sistemində qeydiyyata alınma və s. aid olub.

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 yeni elektron arayış xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Bu ilin sonuna qədər daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi planlaşdırılıb.


Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti