Avropa İttifaqı Gəncəyə hücumu pisləyən bəyanat yaydı

 Avropa İttifaqı Gəncəyə hücumu pisləyən bəyanat yaydı
  17 Oktyabr 2020    Oxunub:2871
Avropa İttifaqı oktyabrın 17-də gecə Azərbaycanın Gəncə şəhərinə həyata keçirilmiş, mülki insanların həlak olması və yaralanması ilə nəticələnmiş hücumu pisləyib.
Azvision.az xəbər verir ki, Avropa İttifaqının bununla bağlı açıqlamasında hər hansı tərəfin mülki şəxslərin və obyektlərin hədəfə alınmasına son qoymalı olduğu bildirilir.

Qeyd olunur ki, oktyabrın 10-da əldə edilmiş atəşkəs razılaşmasına hörmət edilməlidir.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 52 nəfər yaralanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gəncə  





Xəbər lenti