“Gəncəyə raket hücumunu kəskin şəkildə pisləyirik” - İran səfirliyi

 “Gəncəyə raket hücumunu kəskin şəkildə pisləyirik” -  İran səfirliyi
  17 Oktyabr 2020    Oxunub:2145
İran İslam Respublikasının Bakıdakı səfirliyi gecə saatlarında Gəncə şəhərində mülki şəxslərin ölməsinə və yaralanmasına səbəb olan Ermənistanın raket hücumunu kəskin şəkildə pisləyir.
Azvision.az xəbər verir ki, bu barədə İranın Bakıdakı səfirliyinin açıqlamasında deyilir.

“Həlak olanların ailələrinə başsağlığı, yaralananlara şəfa diləyir və bir daha günahsız insanlara, şəhərlərə hücumun beynəlxalq normalara və hüquqa zidd olduğunu vurğulayırıq. Bu kimi əməllər hərbi cinayət sayılır və dərhal dayandırılmalıdır".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gəncə   İran   Səfirlik  





Xəbər lenti