“Qətliamların hesabını mütləq verəcəklər” - Ərdoğanın sözçüsü

 “Qətliamların hesabını mütləq verəcəklər” -  Ərdoğanın sözçüsü
  17 Oktyabr 2020    Oxunub:1984
Ermənistanın hücumlarına səssiz qalanlar və onları təşviq edənlər müharibə cinayətlərinə ortaq olmaqdadırlar.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin nümayəndəsi İbrahim Kalın “Twitter”də yazıb.

“Ermənistan və dəstəkçiləri bu qətliamların hesabını mütləq verəcəklər”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 52 nəfər yaralanıb.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Gəncə   İbrahim-Kalın  





Xəbər lenti