Türkiyədə bir gündə 1812 nəfər koronavirusa yoluxdu

Türkiyədə bir gündə 1812 nəfər koronavirusa yoluxdu
  17 Oktyabr 2020    Oxunub:2006
Türkiyədə son sutka ərzində 73 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, daha 1812 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 9153, virusa yoluxanlar isə 343 955 nəfərə çatıb.

Türkiyədə indiyədək 301 098 pasiyent (son sutkada 1419 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti