Cəbhə zonasında qazın verilişi bərpa olunur

Cəbhə zonasında qazın verilişi bərpa olunur
  16 Oktyabr 2020    Oxunub:3112
Cəbhə zonasında yaranmış gərgin vəziyyətlə bağlı olaraq uzun müddət qaz təchizatı dayandırılmış bəzi yaşayış məntəqələrinə qazın verilişi bərpa edilməkdədir.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, Tərtər rayonu üzrə artıq 30 kənd qazla təchiz olunub, yalnız Tərtər şəhəri və 21 kəndin qaz təchizatında məhdudiyyət qalmaqdadır. O cümlədən, Füzuli rayonu üzrə də qaz alan yaşayış məntəqələrinin sayında artım var. Rayonun 38 yaşayış məntəqəsinə təbii qaz verilib, 2 yaşayış məntəqəsində isə qaz təchizatı məhdudlaşdırılıb.

Ağdam rayonu üzrə 14 yaşayış məntəqəsi təbii qazla təmin edilib, digərlərində məhdudiyyət qalmaqdadır. Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatı isə sentyabrın 27-dən etibarən məhdudlaşdırılıb.

Beyləqan və Bərdə rayonlarında hazırda qaz təchizatı tam olaraq bərpa olunub.

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti