“Azərbaycana hər sahədə dəstəyimiz davam edəcək” - Fəxrəddin Altun
“Azərbaycana Dağlıq Qarabağın qanunsuz işğalına son qoymağa çalışdığı bu dövrdə hər sahədə, xüsusən dezinformasiya ilə mübarizədə dəstəyimizi davam etdirəcəyik”, - deyə Altun əlavə edib.
İctimaiyyətlə Əlaqələr idarəsinin rəhbəri telefon danışığı zamanı Hikmət Hacıyevi doğum günü münasibəti ilə də təbrik edib.
Fəxrəddin Altun ilə telefon danışığını şərh edən Hikmət Hacıyev isə “Dostum Fəxrəddin Altun ilə ölkələrimizə qarşı qara piar və dezinformasiya ilə mübarizə aparmaq üçün birgə addımları və əməkdaşlıq məsələlərini nəzərdən keçirdik. Azərbaycan-Türkiyə Media Platforması səylərimizi gücləndirmək üçün əhəmiyyətli bir təşəbbüs olacaq”, - deyə bildirib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: FəxrəddinAltun