Türkiyədə daha 66 nəfər koronavirusdan ölüb

Türkiyədə daha 66 nəfər koronavirusdan ölüb
  16 Oktyabr 2020    Oxunub:1262
Türkiyədə son sutka ərzində 66 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, daha 1693 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 9080, virusa yoluxanlar isə 342 143 nəfərə çatıb.

Türkiyədə indiyədək 299 min 679 pasiyent (son sutkada 1311 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti