Varşavada Ermənistanın təxribatları müzakirə olundu
Toplantıda Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərov, Azərbaycan evinin rəhbəri Lalə Zeynalova və digərləri çıxış ediblər. Hər zaman Azərbaycan dövlətinin yanında olduqlarını ifadə edən natiqlər öncə Azərbaycan ordusunun Füzulinin və Xocavəndin 8 kəndini işğaldan azad etməsi münasibətilə soydaşlarımızı təbrik ediblər.
Tədbirdə informasiya müharibəsində fəal iştirak etmək, Polşa ictimaiyyətinə Azərbaycan həqiqətləri barədə dolğun məlumatlar vermək, ölkəmizə qarşı aparılan əks-təbliğata çevik reaksiya göstərmək barədə geniş fikir mübadiləsi aparılıb. Terrorçu qüvvələri və cinayətkar qondarma qurumu dəstəkləmək üçün maaşını Dağlıq Qarabağa göndərən polyak deputatın yolverilməz hərəkəti ilə bağlı Polşa Seyminə soydaşlarımızın kütləvi şəkildə etiraz etdiyi, yerli KİV-lərin Gəncədəki teraktı geniş işıqlandırdığı nəzərə çatdırılıb. Toplantıda Polşada yaşayan azərbaycanlıların adından bəyanat qəbul olunub.
Varşava şəhərində yerləşən ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları bürosuna müraciət edilməsi qərara alınıb.
Azvision.az
Teqlər: Polşa Azərbaycan