İranda zəlzələ - dağıntı var
Rəsmi məlumata görə, Rixter cədvəli üzrə 5,5 bal gücündə olan yeraltı təkanlar əhali arasında vahimə yaradıb. İnsan tələfatı olmasa da yaralananlar var. Yaralılara ilkin tibbi yardım göstərilir.
Təbii fəlakət bölgəsinə xilasedicilərin cəlm edilib və ətraf vilayətlərdən zəruri ərzaq məhsulları, geyim və dərman vasitələrinin daşınmasına başlanılıb.
Qeyd edək ki, bir ay əvvəl baş verən zəlzələ vilayətin Bistək bölgəsində tikililərin 60 faizinə ciddi zərər yetirib.
Tam yararsız hala düşən dörd iri mədrəsə çadırlara köçürülüb.
AzərTAc