Ermənistanın cinayətləri Avstraliya səfirinin nəzərinə çatdırıldı

Ermənistanın cinayətləri Avstraliya səfirinin nəzərinə çatdırıldı
  15 Oktyabr 2020    Oxunub:1686
Avstraliyada fəaliyyət göstərən Azərbaycan icması Rusiya Federasiyasının bu ölkədəki səfirliyinə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyasının (AAA) rəhbəri Mikayıl Oytanın imzası ilə səfir Aleksey Pavlovskiyə ünvanlanmış məktubda Ermənistanın Rusiya vasitəsilə əldə olunmuş humanitar atəşkəs rejimini pozduğuna, Azərbaycanın Gəncə, Mingəçevir şəhərlərinə, Tərtər, Ağcabədi, Ağdam və Füzuli rayonlarının kəndlərinə raket zərbələri endirdiyinə, bu zaman mülki əhalini və infrastrukturu hədəfə aldığına diqqət cəlb edilib.

Müharibə zonasından uzaqda yerləşən Gəncə sakinlərinin Ermənistan ərazisindən dağıdıcı silahlarla bombardman edilməsi hərbi cinayət, Ermənistanın hərbi-siyasi rəhbərliyinin təcavüzkar hərəkətlərinin təzahürü və beynəlxalq qanunların pozulması kimi qiymətləndirilib.


Azvision.az


Teqlər: Ermənistan   Avstraliya  





Xəbər lenti