Ahıska türkləri Gəncə ilə bağlı dünya birliyinə çağırış etdi
Birliyin rəhbəri Ziyəddin Kassanov dünya birliyini bu vəhşi hücumu sərt şəkildə pisləməyə çağırıb: "Azərbaycanın Vətən mücadiləsində Ahıska türkləri olaraq ən ön cərgədə olmağa davam edəcəyik".
Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan işğalçı Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, 4-ü qadın olmaqla 10 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı uşaq olmaqla, 35 nəfər yaralanıb.
Azvision.az
Teqlər: Gəncə Ahsıka-Türkləri