Trampın oğlu koronavirusa yoluxdu

Trampın oğlu koronavirusa yoluxdu
  15 Oktyabr 2020    Oxunub:1764
ABŞ Prezidenti Donald Trampın 14 yaşlı oğlu Barronun koronavirus (COVID-19) testi müsbət çıxıb, lakin valideynlərinin virusa yoluxmasından sonra onda heç bir əlamət özünü göstərməyib.
Azvision.az "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ-ın birinci xanımı Melaniya Tramp deyib.

"Xoşbəxtlikdən o, güclü yeniyetmədir və heç bir simptom nümayiş etdirməyib".

Melaniya Tramp özünün simptomlarının “minimal” olduğunu və bacardığı qədər birinci xanım kimi vəzifələrini davam etdirdiyini söyləyib.

"Bədən ağrıları, öskürək və baş ağrısı yaşadım, çox vaxt özümü yorğun hiss etdim. Mən üstünlüyü vitaminlərə və sağlam qidalara verərək, dərmandan az istifadə etdim".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti