Zelenski Türkiyəyə gedir - Hərbi saziş imzalanacaq

   Zelenski Türkiyəyə gedir -    Hərbi saziş imzalanacaq
  15 Oktyabr 2020    Oxunub:2414
Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə iki günlük rəsmi səfərə gedir.
Azvision.az xəbər verir ki, səfər çərçivəsində Vladimir Zelenski bir sıra rəsmilərlə, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək, iki ölkə arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunacaq.

Səfər zamanı Ukrayna və Türkiyə arasında hərbi əməkdaşlığa dair saziş imzalanacaq.

Azvision.az


Teqlər: Ukrayna   Zelenski  





Xəbər lenti