Lavrovdan münaqişə tərəflərinə görüş təklifi

Lavrovdan münaqişə tərəflərinə görüş təklifi
  14 Oktyabr 2020    Oxunub:2578
Dağlıq Qarabağın münaqişə tərəfləri hərbi kanallar vasitəsilə təcili olaraq görüşməlidir.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov müsahibəsində deyib.

“Son bir neçə gündə mən Bakıdakı və İrəvandakı həmkarlarımla bir neçə dəfə əlaqə saxlamışam. Müdafiə naziri Sergey Şoyqu da eyni şeyi edib, yəni müdafiə nazirləri (Azərbaycan və Ermənistan) danışıqlar aparıb və hətta Prezident Vladimir Putin münaqişə tərəflərinin liderləri ilə də söhbət edib. Əsas nəticəmiz budur ki, dərhal hərbi kanallar vasitəsilə görüşməli və bizim sənədimizdə qeyd olunan, hələ heç kimin müzakirə etməyə başlamadığı atəşkəsə nəzarət mexanizmini razılaşdırmaq lazımdır”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti