Ağır itkilər verən Ermənistan yeni qüvvə toplamağa çalışır

Ağır itkilər verən Ermənistan yeni qüvvə toplamağa çalışır
  14 Oktyabr 2020    Oxunub:2607
Ermənistanda ehtiyatda olanlar intensiv təlimlərə cəlb olunur.
Azvision.az xəbər verir ki, ehtiyatda olan şəxslər intensiv atəş təlimləri keçdikdən sonra döyüş bölgəsinə yollanacaqlar.

Xatırladaq ki, sentyabırın 27-dən cəbhədə Ermənistanın təxribatına cavab olaraq Azərbaycanın həyata keçirdiyi əks hücum əməliyyatları nəticəsində işğalçı ölkə ağır itkilərə məruz qalıb. Buna görə də Ermənistan terrorçular və muzdularla yanaşı, yaşlılar, hətta qadınları da döyüşlərə cəlb edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Düşmən   Ermənistan  





Xəbər lenti