Hikmət Hacıyev düşmənin raket sisteminin zərərsizləşdirilməsindən yazdı

Hikmət Hacıyev düşmənin raket sisteminin zərərsizləşdirilməsindən yazdı
  14 Oktyabr 2020    Oxunub:2606
Bu gün saat 08:36-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər ilə Ermənistan arasındakı sərhəd bölgəsində Azərbaycanın mülki vətəndaşlarına qarşı atəş açmaq üçün əlavə raket sistemləri hazır vəziyyətə gətirilib.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

"Qanuni hərbi hədəf olaraq mülki şəxslərin qorunmasını təmin etmək üçün onlar zərərsizləşdirilib".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti