Bakıda 8-10 dərəcə şaxta olacaq- yolları buz bağlayacaq

Bakıda 8-10 dərəcə şaxta olacaq- yolları buz bağlayacaq
  02 Fevral 2014    Oxunub:1367
Fevralın 3-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Temperatur gecə 7-12°, yarımadanın bəzi ərazilərində 14°-dək şaxta, gündüz 0-3° şaxta, Bakıda gecə 8-10°, gündüz 1-3° şaxta təşkil edəcək.

Atmosfer təzyiqi 780 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz olacaqdır. Yollar buz bağlayacaq.
Naxçıvan Muxtar Respublikasında gündüz əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq. Temperatur gecə 9-14°, bəzi yerlərdə 15-20° şaxta, gündüz 0-5° şaxta təşkil edəcəkdir. Yollar buz bağlayacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Gecə 15-20°, gündüz 1-6° şaxta olacaq. Yollar buz bağlayacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti təşkil edəcəkdir. Yollar buz bağlayacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gündüz əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı ehtimal edilir. Gecə 12-17° , gündüz 1-6° şaxta, dağlarda gecə 18-23°, yüksək dağlıq ərazilərdə 25-30° şaxta, gündüz 6-10° şaxta olacaqdır. Yollar buz bağlayacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gündüz əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaqdır. Havanın temperaturu gecə 9-14° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək. Yollar buz bağlayacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir qar yağacağı gözlənilir. Gecə 8-13° , gündüz 0-3° şaxta, dağlarda gecə 18-23°, gündüz 5-10° şaxta olacaq. Yollar buz bağlayacaq.


Teqlər:  





Xəbər lenti