“Gəncədəki son hadisələr məni sarsıtdı” - Britaniya səfiri

“Gəncədəki son hadisələr məni sarsıtdı” -  Britaniya səfiri
  13 Oktyabr 2020    Oxunub:3737
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ermənilərin Gəncəyə hücumuna münasibət bildirib.
Azvision.az xəbər verir ki, diplomat bununla bağlı “Twitter”də paylaşım edib.

“Keçən il Azərbaycan dilini öyrənəndə Gəncədə iki həftə qaldım. Gəncədəki son hadisələr məni sarsıtdı. Həlak olanların və yaralıların ailələrinə səbr diləyirəm", - deyə səfir yazıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gəncə   Britaniya   Səfir  





Xəbər lenti