İtaliyada Azərbaycana dəstək aksiyası keçirildi
Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyev işğalçı Ermənistanın ölkəmizə 27 sentyabr hücumundan, Azərbaycan Ordusunun buna cavab olaraq özünümüdafiə və ərazi bütövlüyü hüquqlarını həyata keçirdiyini bildirib. Faşist mahiyyətli dövlətin xalqımıza qarşı törətdiyi vəhşiliklərə, vandalizm aktlarına diqqəti cəlb edən soydaşımız Ermənistan tərəfinin Gəncəni bilərəkdən və xaincəsinə raket atəşinə tutmasını amansız terror aktı kimi qiymətləndirib.
Aksiya iştirakçıları dünya birliyini torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi ilə bağlı Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməyə çağırıblar.
Eyni zamanda, Azərbaycan həqiqətlərini İtaliya ictimaiyyətinə dolğun şəkildə çatdırmaq üçün İtaliya-Azərbaycan Birliyinin rəhbəri Fərid Abbasov və Roma şəhərində yaşayan soydaşımız Məryəm Mehdiyeva “Roma Capitole” radiosunun qonağı olublar. Verilişdə Ermənistanın sentyabrın 27-dən başlayaraq ölkəmizə qarşı hərbi təxribatlar törətdiyi və mülki əhalini raket atəşinə məruz qoyduğu nəzərə çatdırılıb.
Azvision.az