Şəkidəki güclü yanğının FOTOLARI

Şəkidəki güclü yanğının FOTOLARI
  02 Fevral 2014    Oxunub:1274
Bu gecə saat 02:40 radələrindən Şəki şəhəri mərkəzi bazarında baş verən dəhşətli yanğın söndürülüb.
AzVision.az ANS PRESS-ə istinadən xəbər verir ki, yanğın saat 06:57 radələrində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, gecə saatlarında baş verən yanğının söndürlüməsi üçün Oğuz, Qax, Qəbələdən də kömək üçün yanğınsöndürənlər cəlb olunub.

Deyilənlərə görə, bazarda işləyənlərə külli miqdarda ziyan dəyib.
Yanğının miqyasının böyüklüyünü və təhlükəni nəzərə alaraq, yaxınlıqdakı ərazilərə verilən elektrik enerjisi və təbii qaz dayandırılmışdı. Artıq qar və elektrik enerjisinin verilişi bərpa olunub.

Qalereya




Teqlər:  





Xəbər lenti