Müşərrəfin həbsinə order verildi
Eks-prezident yanvarın 2-dən ürək tutması diaqnozu ilə Ravalpindi hərbi hospitalına aparılmışdır və hələ də orada müalicə olunur. Həkimlər P.Müşərrəfin Amerika Birləşmiş Ştatlarında müalicəsinin davam etdirilməsini məsləhət görürlər.
2008-ci ildə istefaya gedən sabiq Prezident 2007-ci ildə ölkə Konstitusiyasının fəaliyyətinin dayandırılması, Pakistan Ali Məhkəməsinin sədri də daxil olmaqla bir qrup hakimin işdən uzaqlaşdırılması və Pakistanda fövqəladə vəziyyət elan olunmasında, həmçinin 2007-ci ilin dekabrında terrorçuluq aktı nəticəsində sabiq Baş nazir Bənəzir Bhuttonun öldürülməsində günahlandırılır.
Əgər P.Müşərrəfin günahları təsdiq edilsə, o ömürlük həbs və ya ölüm hökmü ilə cəzalandırıla bilər.
AzərTac
Teqlər: