“Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır” - Hulusi Akardan Şoyquya

“Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır” -  Hulusi Akardan Şoyquya
  12 Oktyabr 2020    Oxunub:3722
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonda danışıb.
Azvision.az “Anadolu”ya istinadən xəbər verir ki, telefon danışığı zamanı Akar atəşkəsi pozaraq Azərbaycanın mülki yaşayış məntəqələrini atəşə tutan Ermənistanın hücumlarına son qoyulmalı və işğal etdikləri torpaqlardan çıxmalı olduqlarını deyib.

Nazir, həmçinin Azərbaycanın münaqişənin həllinin daha 30 il gözləyə bilməyəcəyini, Türkiyənin Azərbaycanın öz torpaqlarını geri almaq üçün başlatdığı əks hücumda onun yanında olduğunu ifadə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hulusi-Akar   Şoyqu  





Xəbər lenti