“Münaqişənin həllində fəal iştirak edəcəyik” - Rusiya XİN

“Münaqişənin həllində fəal iştirak edəcəyik” -  Rusiya XİN
  12 Oktyabr 2020    Oxunub:3572
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirak edəcək və yaxın gələcəkdə vəziyyəti bərpa etməyə ümid bəsləyir.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Rusiya, həm ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətindən biri, həm də qonşularımızın çox yaxın müttəfiq və strateji tərəfdaşı olaraq bu məsələ ilə aktiv şəkildə məşğul olacaq".

Lavrov yaxın gələcəkdə vəziyyəti düzəltməyin mümkün olacağına inandığını bildirib: “Ən azından həm Rusiya, həm də müharibə edən tərəflər bunda maraqlıdırlar”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Lavrov  





Xəbər lenti