Gəncədə təcili yardıma zənglərin sayı artıb

Gəncədə təcili yardıma zənglərin sayı artıb
  01 Fevral 2014    Oxunub:1044
Gəncədə təcili tibbi yardıma müraciətlərin sayı 30 faiz artıb.
Gəncədə yağan qar nəticəsində yıxılıb xəsarət alanlar var.

AzVision.az Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncə şəhərinə güclü qarın yağması ilə əlaqədar olaraq, Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasına müraciətlərin sayı artıb. Belə ki, adi günlərdən fərqli olaraq çağırışlar 30 faiz çoxalıb.

Həmçinin bu gün iki nəfər yıxılaraq xəsarət alıb. Xəsarət alanlar Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasının avtomobilləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Ümumilikdə isə havanın qarlı-şaxtalı keçməsi ilə əlaqədar Gəncə Şəhər Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyası gücləndirmiş iş rejiminə keçib. Bir mərkəz, 4 filialda 19 briqada əhaliyə xidmət edir.


Teqlər:





Xəbər lenti