Naxçıvanlı qadın İstanbulda itkin düşüb

Naxçıvanlı qadın İstanbulda itkin düşüb
  01 Fevral 2014    Oxunub:1541
Turkiyənin İstanbul şəhərində yaşayan Azərbaycan vətəndaşı 28 yaşlı Turkanə Ağayeva yanvar ayının 21- dən etibarən itkin dusub.

AzVision.az ANS PRESS-ə istinadən xəbər verir ki, Türkanənin ailə üzvləri bildirir ki, qızları iki ildir ki, ailə həyatı qurub. O, bir ilə yaxındır ki, həyat yoldaşı və yaş yarımlıq körpəsi ilə İstanbulda yaşayır.

Bir neçə gün əvvəl isə uşağı qonşuluqdakı dayəyə aparmaq üçün günorta saatlarında evdən çıxıb . Amma körpəni qonşuluqdakı dayəyə verdikdən sonra geri qayıtmayıb. Türkanənin yoxa çıxması xəbərini eşiden atası və qohumları da Naxcıvandan İstanbula gəlib.

İstanbul polis şobəsində artıq kamera görüntülərinə da baxılıb. Polis şöbəsində görüntüləri cəkməyə icazə verilməsə də burdan görmək olur ki, Turkanə iki küçəni keçdikdən sonra yoxa cıxır. Polisdən bildirildi ki, Turkanə Ağayevanın axtarışları istiqamətində iş aparılır. Türkiyə polisinin ehtimallarınadan biri də budur ki, 28 yaşlı Türkanə başqa bir şəxsə qoşularaq qacıb. Azərbaycanın İstanbuldakı konsulluğu da Türkiyədə itkin düşən Azərbaycan vətəndası Türkanə Ağayevanın tapılması üçün polislə işlədiyini deyir.


Teqlər:





Xəbər lenti