“Gəncənin atəşə tutulması növbəti soyqırım aktıdır” - İsrailli politoloq (EKSKLÜZİV)
Onun sözlərinə görə, Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı təcavüzkarlığını, vandalizm və barbarlıq siyasətini bir daha pisləməyin mənası yoxdur. Çünki sadəcə sözlər bu gün heç nəyi həll etmir.
"Bu, bizim Xocalı faciəsindən sonra şahidi olduğumuz Azərbaycan xalqına qarşı növbəti soyqırımı aktıdır. Ancaq əminəm ki, bir gün erməni cəlladlarını, günahsız insanları öldürənləri, buna əmr verənləri və bu təcavüzü şəxsi mənfəəti naminə maliyyələşdirənləri ittiham edəcək Nürnberq prosesinin iştirakçısı və şahidi olacağıq. Nə vaxtsa dünya birliyi Ermənistanda dövlət səviyyəsində terror siyasətini pisləyəcək, lakin bütün bunlar yalnız Azərbaycanın yekun qələbəsindən sonra baş verəcək".
Politoloq əlavə edib ki, bu gün Azərbaycan Ordusu, Ermənistanın və beynəlxalq ictimaiyyətin uzun müddətli xəyanətindən sonra nəhayət, müstəqil olaraq doğma torpaqlarını işğalçılardan və təcavüzkarlardan azad edir. Və Azərbaycan itkilərinə, dağıntıların olmasına baxmayaraq, bu haqlı işini hərbi və ya dinc yolla sona çatdırmaq məcburiyyətindədir.
Seymur Məmmədov
Pərvanə Sultanova
Azvision.az
Teqlər: YuriBoçarov Gəncə