Atambayev yenidən saxlanıldı

 Atambayev yenidən saxlanıldı
  10 Oktyabr 2020    Oxunub:3037
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev saxlanılıb.
Azvision.az xəbər verir ki, xüsusi təyinatlılar Atambayevi Bişkekdən 20 kilometr aralıda yerləşən Koy-Taşdakı evində ələ keçirib.

Qeyd edək ki, Qırğızıstanda ötən həftə keçirilmiş parlament seçkilərinə etiraz olaraq aksiyalar başlamışdı. Aksiyanın təşkiıatçıları parlamentə düşməyən partiyalar idi. Etirazçılar sabiq prezidenti həbsdən azad etmişdilər.

Etirazlardan sonra Qırğızıstanda parlament seçkiləriin nəticələri ləğv olunub, ölkədə komendant saatı elan edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qırğızıstan  





Xəbər lenti