Fransa XİN-dən Moskva görüşünə münasibət

 Fransa XİN-dən Moskva görüşünə münasibət
  10 Oktyabr 2020    Oxunub:4270
Fransa Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda əldə edilmiş humanitar atəşkəsi alqışlayır və tərəfləri ona riayət etməyə çağırır.
Azvision.az xəbər verir ki, bu barədə Fransa XİN-in açıqlamasında deyilir.

“Fransa, Ermənistan və Azərbaycan arasında humanitar atəşkəs elan edilməsini alqışlayır. İndi bu, iki ölkə arasında hərbi əməliyyatların daimi dayandırılmasına şərait yaratmaq üçün ciddi şəkildə yerinə yetirilməlidir. Fransa əvvəlki kimi bu məsələdə töhfə verməyə hazırdır".

Bundan əlavə, Fransa XİN tərəfləri heç bir şərt olmadan ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə “substantiv danışıqları” bərpa etməyə çağırıb.

Qeyd edək ki, Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanın üçtərəfli görüşünün nəticəsi olaraq bu gündən humanitar məqsədlərlə atəşkəs elan olunub. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa   XİN   Qarabağ  





Xəbər lenti