Tramp və Baydenin debatı ləğv edildi

Tramp və Baydenin debatı ləğv edildi
  10 Oktyabr 2020    Oxunub:1956
ABŞ-da prezidentliyə namizədlər Donald Tramp və Co Baydenin 15 oktyabr tarixinə təyin olunmuş debatı ləğv edilib.
Azvision.az xəbər verir ki, bu barədə Debat Komissiyası məlumat yayıb.

"Namizədlərin hər biri həmin gün üçün öz alternativ planlarını açıqladı. Bununla əlaqədar olaraq komissiya belə bir nəticəyə gəlir: "15 oktyabrda heç bir debat olmayacaq".

Tramp koronavirusa yoluxduğu üçün təşkilatçılar debatların onlayn keçirilməsini təklif etmişdilər.

Qeyd edək ki, Prezident Donald Tramp onlayn debatlardan imtina edib, Bayden isə bu formatla razılaşıb.
Tramp üz-üzə debata üstünlük verdiyini bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Donald-Tramp   Bayden  





Xəbər lenti