Sabiq həmsədr Moskva görüşünü şərh etdi

Sabiq həmsədr Moskva görüşünü şərh etdi
  10 Oktyabr 2020    Oxunub:3187
Ermənistan və Azərbaycan arasında Moskvada əldə olunan atəşkəs razılaşması Qarabağda uzun müddətli atəşkəs üçün ilk addım ola bilər.
Azvision.az xəbər verir ki, bunu ABŞ-ın ATƏT-in Minsk Qrupundakı sabiq həmsədri Kerri Kavano deyib.

O, atəşkəs razılaşmasını "ümidverici bir addım" adlandırıb və əlavə edib ki, bu atəşkəs növbəti addımlar - daha qalıcı atəşkəsin qorunub saxlanılmasının geniş müzakirəsi üçün şərt ola bilər.

Qeyd edək ki, Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanın üçtərəfli görüşünün nəticəsi olaraq bu gündən humanitar məqsədlərlə atəşkəs elan olunub.

Razılığa əsasən, Azərbaycan və Ermənistan tərəfi arasında 10 oktyabr saat 12:00 radələrindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və kriteriyalarına uyğun olaraq hərbi əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi və cəsədlərin mübadiləsi üçün humanitar məqsədlərlə atəşkəs elan olunur. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   ABŞ   Həmsədr  





Xəbər lenti