Putin nazirlərlə Qarabağı müzakirə etdi

 Putin nazirlərlə Qarabağı müzakirə etdi
  09 Oktyabr 2020    Oxunub:2611
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvlərinə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışıqları barədə məlumat verib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvlərinə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışıqları barədə məlumat verib".

Xatırladaq ki, Qarabağdakı vəziyyəti Putin bu gün Təhlükəsizlik Şurasının üzvləri ilə müzakirə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Putin  





Xəbər lenti