Bakıda metro stansiyalarının sayı 51-ə çatacaq

 Bakıda metro stansiyalarının sayı 51-ə çatacaq
  09 Oktyabr 2020    Oxunub:3334
Metro nəqliyyatı sistemi Bakı şəhərinin ictimai nəqliyyat sistemində aparıcı rol oynamaqda davam edəcək və aqlomerasiyanın ən sıx məskunlaşmış əraziləri ilə mərkəz ərazilər arasında əsas ictimai nəqliyyat əlaqəsini təmin edəcək.
Azvision.az xəbər verir ki, bu barədə ictimaiyyətə təqdim olunan Bakı şəhərinin Baş planının layihəsində deyilir.

Bildirilir ki, “28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq.

2027-ci ilədək “28 May”-“Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır.

2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,7 kilometrdən 76,2 kilometrə, stansiyaların sayının isə 25-dən 51-ə çatdırılması nəzərdə tutulur.

Azvision.az



Teqlər: Metro  





Xəbər lenti