Mnatsakanyan bu gün Moskvaya gedir

Mnatsakanyan bu gün Moskvaya gedir
  09 Oktyabr 2020    Oxunub:1657
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Dağlıq Qarabağdakı vəziyyətlə bağlı məsləhətləşmələrdə iştirak etmək üçün bu gün Moskvaya gedir.
Azvision.az xəbər verir ki, bu barədə TASS-a Ermənistanın Moskvadakı səfiri Vardan Toqanyan deyib.

Erməni səfir bildirib ki, Mnatsakanyan günortadan sonra Moskvada olacaq və münaqişə üzrə məsləhətləşmələr aparılacaq.

Xatırladaq ki, Rusiya Xarici işlər nazirinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişə üzrə məsləhətləşmələr aparmaq üçün 9 oktyabrda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvaya dəvət olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Moskva  





Xəbər lenti