Paşinyan “xain” axtarışında: MTX-də “təmizləmə” davam edir

 Paşinyan “xain” axtarışında:  MTX-də “təmizləmə” davam edir
  09 Oktyabr 2020    Oxunub:2890
Ermənistan Milli Təhlükəsizlik Xidmətində (MTX) kadr təmizlənməsi davam edir. Dünən MTX-nin hərbi əks-kəşfiyyat şöbəsinin rəisi Levon Şaumyan da tutduğu vəzifədən azad edilib.
Azvision.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.

“Bunun Paşinyan tərəfindən “xainlər”in axtarışı mövzusuna aid olduğu güman edilir. Şaumyan bu ilin yanvarında general rütbəsinə yüksəlib. Ona rütbəni hökumət başçısı özü təqdim edib”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Arqişti Kyaramyan dünən vəzifəsindən azad edilib. O, dörd ay əvvəl bu vəzifəyə təyin olunmuşdu. Kyaramyanın işdən çıxarılması ilə bağı müxtəlif versiyalar irəli sürülüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti