Cinayət törədən şəxslər yaxalandı

Cinayət törədən şəxslər yaxalandı
  01 Fevral 2014    Oxunub:1331
Suraxanı rayonunda naməlum şəxs Sübhan Bayramova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vuraraq hadisə yerindən uzaqlaşıb.

Cinayəti törədən Sadiq Məmmədov rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Nəsimi rayonunda isə Elnur Cəfərova və Amid Ağalarova bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurulub. Rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş paytaxt sakini Namiq Kazımov tutulub.

AzVision.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti