Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü planlaşdırılmır

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü planlaşdırılmır
  08 Oktyabr 2020    Oxunub:2151
Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşü hələ heç bir formatda planlaşdırılmayıb.
Azvision.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan “RİA Novosti”yə bildirib.

"Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü hələ heç bir formatda planlaşdırılmır", - Naqdalyan Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyanın 12 oktyabrda Moskvaya səfəri zamanı Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünün mümkün olub-olmaması barədə sualı cavablandırarkən deyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Azərbaycan  





Xəbər lenti