İranda koronavirusdan daha 239 nəfər ölüb

İranda koronavirusdan daha 239 nəfər ölüb
  08 Oktyabr 2020    Oxunub:1293
İranda son sutka ərzində 4019 nəfərdə koronavirusa yoluxma aşkar edilib, 239 pasiyent həyatını itirib.
Azvision.az İranın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, bununla ölkədə virusa yoluxanların ümumi sayı 483 min 844-ə, ölənlərin sayı isə 27 min 658-ə çatıb.

İndiyədək xüsusi xəstəxanalarda müalicə alaraq sağalan 397 min 109 nəfər evə buraxılıb. Müalicəsi davam edən 4274 xəstənin vəziyyəti ağır olaraq qalır.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti