Qarabağda separatçıların liderlərindən biri məhv edildi

Qarabağda separatçıların liderlərindən biri məhv edildi
  08 Oktyabr 2020    Oxunub:3427
Azərbaycan Ordusunun Qarabağda apardığı əks-hücum əməliyyatı nəticəsində separatçıların liderlərindən biri Yervand Qaciyan məhv edilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın “news.am” saytı məlumat yayıb.

Bildirilib ki, Qaciyan Qarabağda döyüşlərin başladığı ilk gündən Azərbaycana qarşı vuruşub.

Qeyd edək ki, Yervand Qaciyan qondarma rejimin "xarici işlər nazirliyinin diaspor işləri şöbəsinin müdiri" olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Separatçı  





Xəbər lenti